EN

İsrail səfiri ABŞ-dəki Livan danışıqlarını müsbət qiymətləndirib

BAKI, 15 aprel. TELEQRAF

İsrailin ABŞ-dəki səfiri Yexiel Layter Vaşinqtonda keçirilən Livan-İsrail təmaslarının ilkin raundunu müsbət dəyərləndirib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, tərəflər “Hizbullah” təşkilatına qarşı mübarizənin vacibliyi ilə bağlı ortaq mövqedədir. Layter qeyd edib ki, danışıqlar konstruktiv və müsbət atmosferdə keçib.

Səfir əlavə edib ki, müzakirələrdə Livanın uzunmüddətli perspektivdə sabit və inkişaf edən ölkəyə çevrilməsi, eləcə də iki ölkə arasında sərhədin davamlı və təhlükəsiz olması məsələləri yer alıb.

İsrailin Livanda mülki infrastruktura zərbələri dayandırmasının mümkünlüyü ilə bağlı suala cavab verən diplomat məsuliyyəti “Hizbullah”ın üzərinə qoyub. O bildirib ki, İsrail öz yaşayış məntəqələrinə yönələn raket hücumlarına cavab verir və buna son qoyulmasının zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında ilkin təmas raundu keçirilib. Görüşdə nümayəndə heyətlərinə Livanın ABŞ-dakı səfiri Nada Hammadi-Muəvvəd və İsrailin ABŞ-dakı səfiri Yexiel Layter rəhbərlik edib.

Chosen
23
3
teleqraf.com

10Sources