EN

Mirzoyan Brüsseldə Aİ rəsmisi ilə görüşdü

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Mirzoyan Brüsseldə Aİ rəsmisi ilə görüşdü.

Modern.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 14-də Brüsseldə Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius ilə görüş keçirib.

Ermənistan XİN-in məlumatına görə, tərəflər Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın genişlənməsində müşahidə olunan aktiv dinamikanı məmnunluqla qeyd ediblər.

Görüş zamanı təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Ermənistanda həyata keçirilən demokratik islahatlar və Ermənistan–Aİ tərəfdaşlıq gündəliyinin qəbul edilməsi əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

Tərəflər may ayında İrəvanda keçiriləcək yüksək səviyyəli tədbirləri, o cümlədən Ermənistan–Aİ sammitini də müzakirə ediblər.

Görüşdə regional məsələlərə də toxunulub. Mirzoyan Ermənistan ilə Azərbaycan arasında formalaşan sülh prosesinin daha da institusionallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
8
modern.az

9Sources