EN

Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir

ABŞ İrana nüvə silahının hazırlanmasından qeyd-şərtsiz imtina müqabilində qlobal iqtisadiyyatın bir hissəsi olmaq şansı təklif edir.

"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Jey Di Vens bunu Corciya ştatında universitetdə keçirilən forumdakı çıxışında bildirib.

"O, məhz bu mübadiləni (İrana-red) təklif edir", - Vens Prezident Donald Tramp barədə danışarkən bildirib. Biz danışıqları davam etdirmək və bu planı həyata keçirmək üçün çalışmaq niyyətindəyik, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün gözəl nəticə olardı. Buna görə də mən bunu reallaşdırmaq üçün hər cür səy göstərəcəyəm", - Vens əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları davam etdirmək niyyətindədir və güman edir ki, İran tərəfi razılığa gəlməkdə maraqlıdır.

"Bu problem bir saatda nizamlamaq mümkün deyil. Amma bəli, mən danışıqlar masasında həmsöhbətlərimizin razılığa gəlməyə can atdıqlarını güman edirəm. Amerika Birləşmiş Ştatları Prezidenti bizə vicdanla işləməyi tapşırıb. Biz bunu etmişik. Gələcəkdə də bunu etmək niyyətindəyik", - Vens bildirib.

Eyni zamanda, ABŞ vitse-prezidenti hesab edir ki, Pakistanda İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei hücumlar zamanı öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-də iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar 11-12 apreldə İslamabadda keçirilib. Saatlarla davam edən müzakirələr razılığa gəlinmədən başa çatıb.

Chosen
22
50
far.az

10Sources