EN

Zelenski Almaniyadan Kiyevə kredit ayrılmasını sürətləndirməyi istəyib

BAKI, 15 aprel. TELEQRAF

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri vəzifəsindən Viktor Orban-ın mümkün gedişindən sonra Almaniyadan Kiyevə kredit ayrılmasının sürətləndirilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” nəşri məlumat yayıb.

Məlumata görə, Zelenski Almaniyaya gözlənilməz səfəri zamanı kansler Fridrix Merts ilə görüşərək əsas tələbini səsləndirib. O, Ukraynanın bir neçə aydır bloklanan 90 milyard avroluq Avropa İttifaqı kreditinə çıxış əldə etmək istədiyini bildirib.

Qeyd olunur ki, bu vəsaitin təxminən 60 milyard avrosunun 2026 və 2027-ci illərdə Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin təmin olunmasına yönəldilməsi planlaşdırılır.

Nəşr yazır ki, sözügedən paket uzun müddət Viktor Orban tərəfindən bloklanıb. Onun vəzifədən getməsi ilə Kiyevdə bu məsələnin tezliklə həll olunacağına ümidlər artıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Kiyevə 90 milyard avro kredit ayrılması planını 2026-cı ilin ikinci yarısına təxirə salıb.

Chosen
18
23
teleqraf.com

10Sources