EN

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

Bakı, 15 aprel, AZƏRTAC

Vaşinqton və İran sonda sülh razılaşmasına nail ola biləcəklər, çünki hər iki tərəf bunda maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts bildirib.

“Düşünürəm ki, Prezidentin də qeyd etdiyi kimi, hər iki tərəf müxtəlif səbəblərdən bu prosesdə maraqlı olduğuna görə hansısa razılaşmaya nail ola bilərik”, – deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, hər iki ölkə arasında “etibar baxımından aradan qaldırılmalı çox məsələlər var” və belə razılaşmalarda olduğu kimi, onun şərtlərinə əməl olunmasını təmin etmək üçün müvafiq yoxlama mexanizmlərinə ehtiyac olacaq.

Chosen
21
50
azertag.az

10Sources