AZ

“Zirə”nin hücumçusu: “Bundan gözəl debüt ola bilməzdi”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Zirə” hədəfləri olan komandadır. Burada özümü çox rahat və sərbəst hiss edirəm”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Leroy Mikels Ruanda mətbuatına açıqlamasında deyib.

O, Azərbaycana və “Zirə”yə uyğunlaşmasının onda önəmli rol oynadığını bildirib:

“Zirə” hədəfləri olan komandadır. Burada özümü çox rahat və sərbəst hiss edirəm. Həm ölkə kubokunda “Turan Tovuz”la oyunda, həm də çempionatda “Şamaxı” ilə görüşdə qol vurmağım məni sevindirməyə bilməzdi. Lakin “Şamaxı” ilə qarşılaşmada qalib gəlsəydik, sevincim daha böyük olardı. Yenə də bizim üçün işlərin yolunda getdiyini düşünürəm”.

L.Mikels “Zirə”nin avrokuboklara vəsiqə qazanmaq şansının heç də az olmadığını hesab edir:

“Biz həm çempionatda, həm də ölkə kubokunda mübarizəmizi davam etdiririk. Hər iki cəbhədə sona qədər əlimizdən gələni edəcəyik. Əlbəttə ki, digər komandalar kimi biz də avrokuboklara vəsiqə qazanmaq istəyirik. Məncə, bunu bacaracaq heyətimiz var”.

Almaniya əsilli oyunçu ötən ay Ruanda millisinin heyətində debüt etməsinə də toxunub. O, yığmada gözəl başlanğıca nail olduğunu bildirib:

“Həm Qrenada (4:0), həm də Estoniya (2:0) ilə oyunda qol vurdum. Bundan gözəl debüt ola bilməzdi. Eyni tempi bundan sonra da davam etdirməyə çalışacağam”.

Qeyd edək ki, Leroy Mikels “Zirə”yə mövsümün əvvəlində “Şamaxı”dan keçib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
43
icma.az

10Mənbələr