EN

ABŞ bu ölkələri sanksiya ilə hədələdi



Amerika Birləşmiş Ştatları Çin və onun Honkonq Xüsusi İnzibati Bölgəsindəki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) və Omandakı bəzi bankları İranla işgüzar əlaqələri olduğuna görə sanksiyalar tətbiq etməklə hədələyir.

Newscenter.az xəbər verir ki, bu barədə Associated məlumat yayıb. Agentlik Dövlət Departamentinə istinadən bildirir ki, adı çəkilən ölkələrin maliyyə qurumlarına göndərilən sənəddə İslam Respublikası ilə işgüzar əlaqələrin riskləri və ikinci dərəcəli sanksiyaların mümkünlüyü barədə xəbərdarlıq edilir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, İran 2024-cü ildə əsasən Honkonq və BƏƏ-də yerləşən shell şirkətlərindən istifadə edərək ABŞ-dakı müxbir hesabları vasitəsilə ən azı 9 milyard dollar köçürmə həyata keçirib.

Anar
Chosen
18
50
newscenter.az

10Sources