EN

Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın bitdiyini elan edib.

"Report"un məlumatına görə, "Fox News"un jurnalisti Mariya Bartiromo bunu ABŞ lideri ilə müsahibənin anonsunda açıqlayıb.

O, dövlət başçısı ilə söhbəti zamanı Prezidentin İranla müharibədən keçmiş zamanda danışdığını qeyd edib.

"Mən soruşdum ki, müharibə bitdi? O, dedi ki, bəli, bitdi", - Bartiromo sosial şəbəkədəki hesabında bildirib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onun müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb.

Daha əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ-nin 13 apreldə şərqi yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Hörmüz boğazındakı İran limanlarını bloklamağa başladığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
50
olaylar.az

10Sources