EN

ABŞ İran neftini daşımaq istəyən 8 tankeri Hörmüzdən kənarlaşdırdı

İranın dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına girməyə və ya çıxmağa çalışan səkkiz neft tankerini geri qaytarıb.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən yayıb.

Bildirilir ki, ABŞ ordusu ticarət gəmiləri ilə radio vasitəsilə əlaqə saxlayıb və onlara istiqamətini dəyişməyi tapşırıb. Qəzetin məlumatına görə, bütün tankerlər ordunun tələblərinə əməl edib.

Qəzetin məlumatına görə, İranın dəniz blokadasında 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu iştirak edir.

Musavat.com

Chosen
20
24
musavat.com

10Sources