AZ

ABŞ 15-dən çox hərbi gəmini bölgəyə yeritdi – DƏHŞƏTLİ HÜCUM başladı

Yaxın Şərqdə gərginlik hərbi qarşıdurma həddinə çatıb.

NOCOMMENT.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşri ABŞ-ın İrana qarşı genişmiqyaslı dəniz blokadası tətbiq etdiyini açıqlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələri və Mərkəzi Komandanlığından (CENTCOM) sızan məlumatlara görə, hazırda bölgədə ABŞ-ın 15-dən çox ağır hərbi gəmisi cəmləşib. Bu qüvvələrə bir aviadaşıyıcı, idarəolunan raket silahları ilə təchiz edilmiş bir neçə esmines, universal desant gəmisi və digər döyüş gəmiləri daxildir.

Nəşr qeyd edir ki, bu gəmilər sadəcə müşahidə deyil, birbaşa müdaxilə gücünə malikdir:

“Bu hərbi gəmilər göyərtəyə desant çıxarmaq əməliyyatlarını dəstəkləmək üçün helikopterlərdən istifadə etmək imkanına malikdir. Bəzi gəmilər isə kommersiya gəmilərini saxlanılmaq üçün məcburi şəkildə müəyyən zonalara yönləndirmək gücündədir.”

Hərbi ekspertlərin fikrincə, ABŞ-ın bu addımı İranın dəniz ticarətini və neft ixracını tamamilə iflic etmək məqsədi daşıyır. Dəniz blokadasının gücləndirilməsi bölgədə hər an açıq hərbi toqquşmanın baş vermə riskini artırır. Faktiki olaraq, Vaşinqton Tehranın logistik imkanlarını sıfıra endirmək üçün dəniz yollarında tam nəzarəti ələ keçirib.

Xatırladaq ki, son günlər bölgədəki ABŞ hərbi varlığının bu dərəcədə artması beynəlxalq birliyin diqqət mərkəzindədir və proseslərin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalı ciddi müzakirə olunur.

Aygün

Seçilən
16
1
nocomment.az

2Mənbələr