ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Braziliya prezidenti Luis da Silva milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə söhbəti barədə mediaya danışıb. Sport24.az "RMC Sport"-a istinadən xəbər verir ki, o və italiyalı mütəxəssis Neymarın qarşıdan gələn dünya çempionatında mümkün iştirakını müzakirə ediblər:
"Ançelotti ilə danışdım və o, məndən soruşdu: 'Sizcə Neymar milli komandaya çağırılmalıdırmı?' Mən cavab verdim: 'Əgər fiziki cəhətdən sağlamdırsa, səviyyəsi milli komandada oynamağa imkan verir (gülür)".
Qeyd edək ki, Ançelottinin Braziliyanın 26 nəfərlik heyətini mayın 18-də açıqlayacağı gözlənilir. İtaliyalı baş məşqçi Neymarı millinin son təlim-məşq toplanışına dəvət etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.