EN

Rusiyanı cilovlamaq üçün ABŞ-ın böyük planı üzə çıxdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın iştirakı ilə yeni hərbi blok yaratmaq ideyasının irəli sürüldüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə Çinə rəsmi səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın birliyin sadəcə iştirakçısı deyil, həm də əsas elementlərindən biri olacağı bir format müzakirə edilir. Lavrov qeyd edib ki, söhbət NATO-nun genişlənməsinə alternativdən gedir. Nazir bu təşəbbüsün tərəfdarlarından biri qismində əvvəllər ABŞ Prezidenti Donald Trampın administrasiyasında Ukrayna istiqaməti ilə məşğul olmuş Kit Kelloqun çıxış etdiyini göstərib. Onun bildirdiyinə görə, Kelloq hazırda Avropa ölkələri ilə birlikdə müvafiq təklifləri aktiv şəkildə təbliğ edir.

Lavrov həmçinin iddia edib ki, bu ideya Ukrayna rəhbəri Volodimir Zelenski tərəfindən də dəstəklənir.

Rusiyalı nazirin qiymətləndirməsinə görə, ABŞ bu yolla Rusiyanın qarşısının alınması məsuliyyətini Avropa ölkələri arasında bölüşdürməyə və səylərini digər istiqamətlərdə cəmləşdirməyə çalışır.

Chosen
4
50
publika.az

10Sources