EN

Barışırlar, bundan sonra dost olacaqlar: ABŞ-dan İrana “böyük sövdələşmə” təklifi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla iqtisadi münasibətləri normallaşdıracaq hərtərəfli bir razılaşma bağlamağa hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Vens bu açıqlamanı Corciya Dövlət Universitetində keçirilən forumda çıxışı zamanı verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp qismən razılaşmalar deyil, böyük bir razılaşma əldə etməyi hədəfləyir. Vens qeyd edib ki, təklif olunan çərçivə ölkələr arasında qarşılıqlı əlaqə formatının dəyişdirilməsini nəzərdə tutur.

O bildirib ki, Tehran "normal dövlət" kimi davranmağa hazır olduğu təqdirdə, ABŞ iqtisadi münasibətləri lazımi səviyyədə qurmağa hazırdır. Vitse-prezident vurğulayıb ki, əvvəllər heç bir Amerika administrasiyası bu formatda razılaşma təklif etməyib.

Chosen
33
50
publika.az

10Sources