İsrailin ABŞ-dƏkı səfiri Yehiel Layter Fransanın Livandakı rolunu tənqid edib.
News365.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, o, bildirib ki, rəsmi Parisin İsrail və Livan arasındakı danışıqlara müdaxilə etməkdə heç bir rolu yoxdur:
“Fransızların bu danışıqlara müdaxilə etməsini istəmirik. Biz fransızları demək olar ki, hər şeydən, xüsusən də sülh danışıqlarından uzaq tutmağa çalışırıq. Çünki bunlara ehtiyac yoxdur. Onların heç bir müsbət təsiri olmayacaq”.