Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.
Bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat yayıb.
Qeyd olunub ki, iki ölkənin ABŞ-dakı səfirləri Yexiel Layter və Nada Həmmadə-Müavvəd görüşü qurum rəhbəri Mark Rubionun iştirakı ilə Dövlət Departamentində keçirilib.
Qeyd edək ki, bu, son 40 ildə Livan və İsrail arasında ilk birbaşa danışıqlardır.
"Əla müzakirələr olub, biz dəqiq sərhədin müəyyənləşdirilməsi zərurətini müzakirə etdik. Biz Livanı "Hizbullah"dan azad etmək istəyində həmrəyik", - Leyter görüşün yekunlarına dair bildirib.
O əlavə edib ki, tərəflər uzunmüddətli perspektivdə Livanın firavanlığının təmin edilməsi və biznes məqsədilə iki ölkənin sərhədlərini maneəsiz keçmək zərurəti barədə danışıblar.
Xatırladaq ki, İsrail Livanın "Hizbullah" hərəkatının tam tərksilah edilməsində və sülh razılaşmasında təkid etdiyi halda, qruplaşmanın özü danışıqlara qarşı çıxaraq onları mənasız adlandırıb.
**19:25
Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb. ![]()
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.
Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-ın Livandakı səfiri Mişel İssa təmsil edirlər.
İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dakı səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edirlər.
Rubio danışıqlar başlamazdan əvvəl bildirib ki, görüş ölkələr arasındakı münaqişənin həlli üçün tarixi fürsətdir.
Rubionun sözlərinə görə, qapalı qapılar arxasında keçiriləcək danışıqlar təxminən altı saat davam edəcək, bu da bütün çətinlikləri həll etmək üçün kifayət deyil.
"Lakin tərəflər irəlilədikcə bir çərçivə əsası formalaşdırmaq mümkün olacaq", - o əlavə edib.