EN

Meloni Trampı keçmişdə nüvə silahlarından istifadə edən yeganə ölkə olmaqda ittiham edib

ABŞ Prezidenti Donald Tramp və İtaliya Baş naziri Corciya Meloni arasında İrandakı müharibə və Papa XIV Leo haqqında fikirləri ilə başlayan gərginlik nüvə müzakirəsi ilə daha da şiddətlənib. Meloni Vaşinqtonu tənqid edərək, ABŞ-ın keçmişdə nüvə silahlarından istifadə edən yeganə ölkə olduğunu xatırladıb. Tramp da öz növbəsində İtaliyanın təhlükə altında ola biləcəyini bildirib və Meloniyə sərt ifadələrlə hücum edib. Qarşılıqlı nüvə işarələri iki lider arasında böhranı daha da dərinləşdirib.

ABŞ Prezidenti Donald Tramp və İtaliya Baş naziri Corciya Meloni arasında İrandakı müharibə və Papa XIV Leo haqqında fikirləri ilə bağlı diplomatik gərginlik yaranıb. İki liderin sərt açıqlamaları diqqəti cəlb edib.

İtaliyanın Baş naziri Giorgia Meloni Trampın Vatikanın dövlət başçısı Papa XIV Leo haqqındakı sözlərini "qəbuledilməz" adlandırdı. Tramp da öz növbəsində Meloniyə sərt cavab verdi.

ABŞ Prezidenti bildirib: "O, qəbuledilməzdir, çünki İranın nüvə silahına sahib olub-olmaması onun vecinə deyil və fürsət verilsə, iki dəqiqəyə İtaliyanı partlada bilər."

Trampın sözlərinə cavab olaraq Meloni ABŞ-ı nüvə silahları müzakirəsi ilə tənqid etdi. Meloni dedi: "Bildiyim qədəri ilə doqquz ölkə nüvə silahına malikdir, lakin onlardan yalnız biri istifadə edib. Bu ölkə Amerika Birləşmiş Ştatlarıdır. Cənab Tramp gərginliyi azaltmalıdır. Heç kim Vaşinqton kimi nüvə təhdidləri ilə məşğul olmur və o da sözlərinə diqqət yetirməlidir."

Tramp Meloninin İrana qarşı başladılan məhkəmə iddiasında ABŞ-ı dəstəkləməməsinə cavab verdi. Meloni ilə bağlı "şokdayam" deyərək Tramp bildirib: "İnsanlar ondan razıdırlar? Bunu təsəvvür edə bilməzdim. Ondan şoka düşdüm. Onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışdım."

İki lider arasındakı gərginliyin ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı və müvəqqəti atəşkəslə davam edən müharibənin gedişatı ilə bağlı fikir ayrılıqlarından qaynaqlandığı güman edilir.

Əziz MUSTAFA

Chosen
19
23
oxumeni.az

10Sources