EN

ABŞ blokadanı yarmağa çalışan səkkiz tankeri saxlayıb

ABŞ

ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadası başlayandan bəri İslam Respublikasının limanlarına daxil olmağa cəhd edən və ya oradan çıxan səkkiz neft tankerini saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" qəzeti Amerika administrasiyasındakı adı açıqlanmayan rəsmi şəxsə istinadən çıxış edib.

Qəzetin məlumatına görə, ABŞ hərbçiləri kommersiya gəmiləri ilə radiolaqə vasitəsilə əlaqə yaradaraq kurslarını dəyişmək barədə göstəriş veriblər. Nəşr yazır ki, bütün tankerlər hərbçilərin tələblərinə tabe olublar.

Məlumata əsasən, İranın dəniz blokadasında 15 hərbi gəmi və bir neçə min hərbi qulluqçu iştirak edir.

Məryəm Quliyeva

Chosen
25
1
xalqcebhesi.az

2Sources