Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından neft koksunun istehsalı 35,4%, avtomobil benzinin istehsalı 7,3%, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artıb.
Bildirilib ki, cari ilin birinci rübündə ağ neft istehsalı 15,5%, neft bitumu istehsalı 17,3%, mazut istehsalı isə 76,4% azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
| Məhsul növləri | 2026-cı ilin yanvar- mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 360,5 | 107,3 | 57,3 |
| Ağ neft, min ton | 125,8 | 84,5 | 24,8 |
| Qazoyllar (dizel yanacağı), min ton | 587,3 | 106,2 | 172,3 |
| Mazut, min ton | 10,0 | 23,6 | 0,8 |
| Sürtkü yağları, min ton | 8,4 | 91,3 | 1,1 |
| Maye qazlar, min ton | 46,8 | 82,2 | 2,6 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 168,9 | 98,7 | 61,8 |
| ondan: neft bitumu, min ton | 33,4 | 82,7 | 20,2 |
| neft koksu, min ton | 61,9 | 135,4 | 41,1 |