EN

“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın yaydığı press-relizə görə, hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.

Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.

2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

·         Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;

·         Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;

·         Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;

·         Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;

·         Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;

·         Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.

·         Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

·         I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)

·         Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)

·         Leverec əmsalı - 7,57% (norma 5%)

·         Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

Qeyd edilib ki, 2026-cı ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.

Bank RespublikaBank Respublika maliyyə nəticələriBank Respublika 2026 ilk rübBank Respublika xalis mənfəətBank Respublika aktivləriBank Respublika kredit portfeliBank Respublika depozit portfeliBank Respublika kapitalıBank Respublika xalis faiz gəlirləriBank Respublika əməliyyat mənfəətiBank Respublika maliyyə hesabatıBank Respublika bank sektoruBank Respublika maliyyə göstəriciləriAzərbaycan bank sektoru 2026Azərbaycan bank xəbərləribank maliyyə nəticələribank aktivlərinin artımıbank kredit portfelinin artımıbank depozit bazarıbank xalis mənfəət artımıbank əməliyyat mənfəətibank kapital adekvatlığıbank leverec əmsalı
Chosen
34
10
marja.az

10Sources