"Liverpul"un baş məşqçisi Arne Slot, Çempionlar Liqasından kənarlaşdıqları PSJ matçında zədələnən Huqo Ekitikenin mövsümü bağlaya biləcəyini söyləyib.

Offsideplus.az xəbər verir ki, meydanı xərəklə tərk edən hücumçunun Axilles vətərinin qopduğu ehtimal edilir.

Bu zədə oyunçunun Fransa millisi ilə Dünya Çempionatına qatılmaq şansını da sual altına qoyur. Slot açıqlamasında vəziyyətin yaxşı görünmədiyini və dəqiq diaqnozun müayinələrdən sonra bilinəcəyini vurğulayıb.

Matç isə Osman Dembelenin dublu ilə PSJ-nin 2-0 (ümumi hesab 4-0) qələbəsiylə başa çatıb.