EN

Rusiya Odessa vilayətindəki İzmail limanına zərbə endirdi FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Odessa vilayətində yerləşən İzmail limanı gecə saatlarında yenidən Rusiya dronlarının hədəfi olub.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters yayıb.Hücum nəticəsində liman infrastrukturu ilə yanaşı, xarici bayraq altında üzən iki mülki gəmi də zərər görüb.Ukrayna baş nazirinin müavini Oleksiy Kulebanın sözlərinə görə, Panama bayrağı altında üzən bir gəmi və liman infrastrukturu zədələnib. Daha sonra Ukrinform əlavə edib ki, Liberiya bayrağı altında üzən Lady Maris adlı gəmi də zərbə alıb, lakin ekipaj yanğını öz gücü ilə söndürüb və xəsarət alan olmayıb.

 

Ukrayna rəsmiləri bildirirlər ki, zərbə təkcə liman ərazisi ilə məhdudlaşmayıb. Hücum zamanı avtomobil təmiri sexi dağılıb, avtobuslar və avtomobillər yanıb, fərdi evlərə və təcili yardım maşınına da ziyan dəyib. Reuters-in məlumatına görə, 51 yaşlı bir kişi yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ukrinform və “Ukrainska Pravda”nın yazdığına görə, gecə hücumu zamanı İzmaildə liman infrastrukturu, körpü, barja və liman avadanlıqları zədələnib. Bununla belə, ilkin məlumatlarda ölənlərin olmadığı bildirilir.İzmail limanı Dunay çayı üzərində, Rumıniya sərhədinə yaxın yerləşdiyi üçün Ukrayna üçün strateji logistika mərkəzi sayılır. Müharibə dövründə bu liman həm ixrac marşrutları, həm də alternativ yük daşımaları baxımından xüsusi əhəmiyyət daşıyır.Buna görə limana endirilən hər yeni zərbə təkcə regional təhlükəsizlik deyil, həm də daşımalar və ticarət baxımından ciddi risk yaradır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
bizim.media

2Sources