EN

Rusiya XİN Bakı və İrəvanı təriflədi

Bakı və İrəvan İrandan Rusiya vətəndaşlarının təxliyəsində əhəmiyyətli kömək göstəriblər.

"Yeni Sabah" TASS_a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Diplomat qeyd edib: "Ermənistan və Azərbaycan rusiyalıların  İrandan təxliyəsində əhəmiyyətli kömək göstəriblər. Məsələn, Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti əsasında Bakı rusiyalıların 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan Astara sərhəd keçid məntəqəsindən istifadə etməsinə icazə verib".


Telegram kanalımız
Chosen
32
1
yenisabah.az

2Sources