Bakı və İrəvan İrandan Rusiya vətəndaşlarının təxliyəsində əhəmiyyətli kömək göstəriblər.
"Yeni Sabah" TASS_a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.
Diplomat qeyd edib: "Ermənistan və Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstəriblər. Məsələn, Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti əsasında Bakı rusiyalıların 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan Astara sərhəd keçid məntəqəsindən istifadə etməsinə icazə verib".
Telegram kanalımız