EN

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə 5 milyard 653 milyon kubmetr qaz nəql edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Qurumun məlumatına görə, bu göstərici 2025-ci ilin yanvar-mart aylarının analoji dövrü ilə müqayisədə 205 milyon kubmetr və ya 3,8% çoxdur.

Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 11 milyard 125 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 3,3% çoxdur. Bununla belə, qazın ümumi həcminin 50,8%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunub.

Bu boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.

Chosen
1
2
turkic.world

7Sources