ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 11 milyard 125,1 milyon kubmetr qaz nəql edilib.Newscenter.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 3,3 % çoxdur.Hesabat dövrünə qazın nəqlinin 50,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 milyard 653,4 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 3,8 % çoxdur.Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.(report)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.