EN

Ankarada FETÖ əməliyyatı - 6 nəfər həbs edilib

Türkiyədə FETÖ istintaqı çərçivəsində 6 şübhəli haqqında həbs qərarı verilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, şübhəlilərin müxtəlif təşkilati fəaliyyətlərlə məşğul olduqları və gizli rabitə proqramı olan "ByLock"dan istifadə etdikləri müəyyən olunub.

Ankara Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinin qrupları şübhəlilərin tutulması üçün eyni vaxtda əməliyyat başladıb, 6 nəfər həbs edilib. İstintaq davam etdirilir.

İlahə QənbərliMissiya.Az

Chosen
32
missiya.az

1Sources