EN

Nazir "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə şirkətin Avrasiya üzrə vitse-prezidenti Tan Syaofen, eləcə də şirkətin Azərbaycan ofisinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş çərçivəsində “Power China” tərəfindən potensial əməkdaşlıq istiqamətləri üzrə təqdimat keçirilib. Daha sonra tərəflər arasında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Chosen
16
azedu.az

1Sources