EN

"Topsuz da oynaya bildiyimizi göstərdik” - Luis Enrike

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqası-nın 1/4 final mərhələsində "Liverpul" üzərində qazanılan qələbəni şərh edib.

QOL.az UEFA-nın saytına istinadən  xəbər verir ki, o, 2:0 hesabı ilə başa çatan cavab görüşündən sonra matçın çətin keçdiyini bildirib:

“İki güclü komanda arasında gərgin oyun oldu. “Enfild”də oynamaq bizim üçün böyük şərəfdir. İlk hissədə oyuna nəzarət etdik və yaxşı imkanlar yaratdıq. İkinci hissə isə fərqli keçdi – rəqib yüksək pressinq tətbiq etdi və bizi çətin vəziyyətə saldı. Çətin olsa da, bu təzyiqin öhdəsindən gəldik və iki qol vurduq. Belə matçlarda qalib gəlmək üçün yüksək intensivliklə müdafiə olunmaq vacibdir. Hamı bilir ki, biz topla oynamağı bacarırıq, amma bu gün topsuz da oynaya bildiyimizi göstərdik”.

Qeyd edək ki, iki oyunun cəminə görə rəqibini 4:0 hesabı ilə məğlub edən PSJ yarımfinala yüksəlib. Paris təmsilçisi növbəti mərhələdə "Real" – "Bavariya" cütünün qalibi ilə üz-üzə gələcək.

Chosen
11
2
teleqraf.com

3Sources