EN

“Turan Tovuz” portuqaliyalı hücumçu ilə danışıqları davam etdirir 

“Turan Tovuz” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Tovuz təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir. Rəhbərlik “İmişli”nin hücumçusu Dieqo Almeydanı yenidən gümdəminə alıb.

Portuqaliyalı hücumçunun adı bir müddət öncə də “Turan Tovuz”la hallanırdı. Transfer həmin vaxt baş tutmasa da, keçid yayda reallaşa bilər.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Xatırladaq ki, 25 yaşlı forvard cari mövsüm “İmişli” forması ilə 26 oyunda çıxış edib. O, bu görüşlərdə 7 qol vurub və 2 assist edib.

Chosen
13
idmanxeber.az

1Sources