EN

ABŞ Avropa münasibətləri strateji qırılma həddinə doğru irəliləyir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və Avropa arasında olan gərginlik özünün pik həddinə çatıb. Tramp hətta ABŞ-ın NATO-dan çıxacağını bəyan edir. Avropa liderləri Çinlə əlaqələri gücləndirir, ABŞ-ın yürütdüyü siyasətə qarşı çıxırlar. Məsələ strateji qırılma həddinə doğru irəliləyir".Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Avropa ABŞ-ın İran kampaniyasından kənar durur:"Hörmüz boğazının açılmasında da ciddi addımlar atmır. Əslində bu məsələnin kökündə Rusiya və Ukrayna müharibəsinin davam etməsi dayanır. Avropa Ukraynaya ancaq dəstək verə bilir. Avropanın iri dövlətləri, hətta ABŞ-ın ən yaxın müttəfiqlərindən Böyük Britaniya belə İran məsələsinə qarışmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu müharibə İsrail səbəbindən baş verdiyi üçün Avropa ölkələri İsrail və onun baş naziri B. Netanyahunun yanında olmaq istəmirlər. Amma Hörmüz boğazının blokadasının Avropa ölkələri üçün ciddi şəkildə iqtisadi problemlər yaratdığı da bir gerçəklikdir". Azər Qasımov qeyd edib ki, enerji asılılığı Avropanın zəif yeridir:"Qərbi Avropa üçün ABŞ öz enerji ehtiyyatlarını təklif edir. Buna baxmayaraq enerji daşıyıcılarının qiymətinin qalxması bütün sferalarda gərginliyi artırır. ABŞ və Avropa arasında ziddiyyətlərin dərinləşməsi ehtimalı azdır. Hesab edirəm ki, belə qarşıdurma onlara lazım deyil. Əslində məsələ ABŞ-ın enerji bazarlarındakı mövqeyini gücləndirmək və artırmaqdır. Tramp da Avropanı buna sövq edir ki, Avropa ABŞ-dan daha çox neft-qaz alsın. Münasibətlərin qırılma həddinə gəlməsi buna mane olar, eyni zamanda, silah-sursat satışına da ziyan vurar".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
newscenter.az

2Sources