EN

ABŞ-ın "raket gəmiləri" Hörmüzdə – İran tam dəniz blokadasında

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın əmri ilə aprelin 13-ü, Bakı vaxtı ilə saat 18:00-dan etibarən İran limanlarına qarşı rəsmi hərbi blokadaya başladığını elan edib.

Musavat.com xəbər verir ki, əməliyyatın icrası üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin raket daşıyan esminsetləri Hörmüz boğazı və Fars körfəzi ətrafında döyüş mövqeyi tutublar.

CENTCOM-un bəyanatına görə, blokada gəmilərin mənsubiyyətindən asılı olmayaraq bütün ölkələrə şamil edilir. İranın sahil sularına və limanlarına daxil olan və ya oradan çıxan istənilən gəmi ABŞ hərbi gəmiləri tərəfindən saxlanılacaq.

 Komandanlıq bildirir ki, hər bir raket esminsetində 300-dən çox xüsusi təlim görmüş dənizçi xidmət edir. Bu heyət həm hücum, həm də müdafiə əməliyyatlarını ən yüksək səviyyədə icra etmək üçün təchiz olunub.

Blokada yalnız İranı iqtisadi cəhətdən boğmağa yönəlib. Hörmüz boğazından digər ölkələrin (BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və s.) limanlarına gedən gəmilərin hərəkətinə maneə törədilməyəcək, lakin onlar ciddi yoxlamalardan keçə bilərlər.

 Admiral Bred Kuperin sözlərinə görə, blokadanın tətbiqindən keçən ilk 36 saat ərzində İranın dəniz ticarəti tamamilə dayandırılıb. Artıq 6 ticarət gəmisi ABŞ hərbçilərinin əmrinə tabe olaraq geri dönüb, 8 neft tankeri isə saxlanılıb.

Ekspertlər bu addımı ABŞ-İran müharibəsində ən kritik mərhələ adlandırırlar. Raket esminsetlərinin bu dərəcədə yaxın məsafədə blokada həyata keçirməsi hər an İranın PUA və ya raket zərbələri ilə qarşılaşma riskini artırır. Neftin qiymətinin dünya birjalarında 150 dollara qədər qalxa biləcəyi xəbərdarlığı fonunda, Vaşinqtonun bu "iqtisadi boğma" siyasətinin Tehranı geri addım atmağa məcbur edib-etməyəcəyi maraq doğurur.

Musavat.com

Chosen
19
33
musavat.com

10Sources