AZ

ABŞ helikopterləri Hörmüzdə: blokada patrulu başladı

ABŞ ordusunun Mərkəzi Komandanlığı (United States Central Command) Hörmüz boğazında hərbi aktivliyin artırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatda AH-64 Apache tipli hücum helikopterlərinin bölgədə patrul uçuşlarına başladığı bildirilir.

Qeyd olunur ki, bu addım İran neft tankerlərinə qarşı tətbiq edilən blokadanın icrasını gücləndirmək və bölgədə “görünən hərbi mövcudluq” yaratmaq məqsədi daşıyır. ABŞ tərəfi helikopterlərin eyni zamanda dəniz nəqliyyatının təhlükəsizliyinin və naviqasiya azadlığının təmin olunmasına dəstək verdiyini vurğulayır.

Musavat.com

Seçilən
13
33
musavat.com

10Mənbələr