
ABŞ Prezidenti Donald Tramp aprelin sonuna qədər İranla saziş bağlanmasını istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri "Sky News" telekanalına müsahibəsində Böyük Britaniya kralı III Karlın ABŞ-a dövlət səfəri başlayana qədər İranla razılaşmanın mümkün olub-olmaması barədə sualı cavablandırarkən bildirib.
"Bu mümkündür. Çox mümkündür. Onlar olduqca zərər görüblər. Bu, çox mümkündür", — deyib.
Kralın səfəri aprelin 27-nə planlaşdırılıb.
Məryəm Quliyeva