EN

Əhalinin banklarda əmanəti 16% artıb

Azərbaycanda fiziki şəxslərin bank əmanətləri 2026-cı il martın əvvəlinə illik müqayisədə 16% artaraq 17,2 milyard manata yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

1 mart 2026-cı il tarixinə fiziki şəxslərin banklardakı əmanətləri 17,209.3 milyon manat təşkil edib.

Məlumata əsasən, əmanətlərin 69,4%-i milli valyutada, 30,6%-i isə xarici valyutada yerləşdirilib.

Milli valyutada əmanətlər illik 20,2%, xarici valyutada isə 7,4% artım göstərib.

Gülnar Nazimqızı 

Chosen
5
anews.az

1Sources