EN

İslahatların yeni ünvanı TƏBİB: səhiyyədə inkişafın yeni mərhələsi

 “Azərbaycanda səhiyyə sistemində başlanmış yeni idarəetmə mərhələsi artıq təkcə struktur dəyişiklikləri ilə deyil, vətəndaş məmnunluğu, xidmətə əlçatanlıq və şəffaf idarəetmə meyarları ilə də ölçülən real nəticələr verməyə başlayıb. Xüsusilə TƏBİB-ə Anar Bayramovun icraçı direktor təyin olunması bu islahatların daha dərin və nəticəyönümlü fazaya keçdiyini göstərən mühüm qərar kimi qiymətləndirilir. Bu təyinatın 14 aprel 2026-cı ildə rəsmən təsdiqlənməsi yeni mərhələnin institusional əsaslarını daha da gücləndirib”. 

Bunu Ölkə.az-a açaıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü, deputat İlham Məmmədov deyib.

Səhiyyədə yeni islahat mərhələsi: əsas hədəf vətəndaş məmnunluğudur
Deputat bildirib ki, son illərdə icbari tibbi sığortanın ölkə üzrə tam tətbiqi səhiyyədə sosial dövlət modelini gücləndirib: “Artıq minlərlə tibbi xidmətin vahid paketdə təqdim olunması əhalinin həm maliyyə yükünü azaldıb, həm də tibbi xidmətlərə çıxış imkanlarını genişləndirib. Yeni mərhələdə isə əsas diqqət xidmətin keyfiyyətinə, operativliyinə və idarəetmənin səmərəliliyinə yönəlir.
Bu baxımdan TƏBİB-də yeni rəhbərliyin formalaşması aşağıdakı istiqamətlərdə islahatların daha da genişlənməsinə zəmin yaradır:

•    Tibbi xidmətlərə əlçatanlığın artırılması – regionlarda və Bakı üzrə xidmətlər arasında keyfiyyət fərqinin minimuma endirilməsi 
•    Şəffaf idarəetmə modelinin gücləndirilməsi – maliyyə resurslarının istifadəsində hesabatlılığın yüksəldilməsi 
•    Elektron səhiyyə və rəqəmsallaşma – pasiyent məlumat bazalarının inteqrasiyası, elektron növbə və e-resept sistemlərinin genişləndirilməsi 
•    İcbari tibbi sığorta və TƏBİB koordinasiyasının güclənməsi – xidmət paketlərinin daha effektiv icrası 
•    Operativ qərarvermə mexanizmi – xəstəxanaların çağırışlara daha çevik uyğunlaşması 
•    İnsan resurslarının inkişafı – həkim və orta tibb heyətinin peşəkar hazırlığının yeni standartlara uyğun qurulması 
TƏBİB-in rolunun artması yeni keyfiyyət mərhələsidir. Bu baxımdan yeni rəhbərlik dövründə TƏBİB-in institusional rolunun artması səhiyyədə vətəndaşyönümlü idarəetmə modelinə keçidi sürətləndirəcək. Burada əsas məqsəd təkcə xəstəxanaların idarə olunması deyil, həm də pasiyent məmnunluğunu nəticə göstəricisinə çevirməkdir.

Anar Bayramovun həm tibb, həm sığorta, həm də sosial müdafiə idarəçiliyi sahəsində formalaşmış peşəkar təcrübəsi bu keçid üçün mühüm üstünlük sayılır. Onun təyinatı səhiyyə ilə sosial müdafiə sistemləri arasında koordinasiyanı gücləndirərək xəstə-vətəndaş üçün daha rahat, sürətli və şəffaf xidmət modelinin qurulmasına imkan verə bilər”. 
Şəffaflıq və inkişaf: yeni dövrün əsas şüarı

Deputat əlavə edib ki, bu mərhələdə islahatların dərinləşməsi ilk növbədə üç əsas nəticəyə hesablanır: “Şəffaflıq-tibbi sığorta fondunun vəsaitlərinin daha səmərəli idarə olunması; İnkişaf – müasir texnologiyaların və innovativ idarəetmə modellərinin tətbiqi; Əlçatanlıq – hər bir vətəndaş üçün keyfiyyətli tibbi xidmətə bərabər çıxış . Bütün bunlar Azərbaycanın səhiyyə siyasətində yeni mərhələnin yalnız inzibati dəyişiklik deyil, həm də sosial rifahı yüksəldən strateji transformasiya olduğunu göstərir”.

Mürtəza

Chosen
18
2
olke.az

3Sources