EN

“Regional Əqli Mülkiyyət üzrə Ən Yaxşı Təcrübələr” mövzusunda seminar keçirilib

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il 8–10 aprel tarixlərində Bakı şəhərində Amerika Birləşmiş Ştatları Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən “Regional Əqli Mülkiyyət üzrə Ən Yaxşı Təcrübələr” mövzusunda seminar keçirilmişdir.

XQ xəbər verir ki, seminarda Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan nümayəndələri iştirak etmişlər. Regional əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm platforma olan tədbirdə ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin nümayəndələri tərəfindən bir sıra təqdimatlar olmuşdur. Təqdimatlarda və çıxışlarda coğrafi göstəricilərin hüquqi qorunması, hüquqların tətbiqi mexanizmləri, gömrük nəzarəti çərçivəsində əqli mülkiyyət hüquqlarının müdafiəsi, həmçinin saxta və çaşdırıcı dərəcədə oxşar məhsulların müəyyən edilməsi məsələləri geniş izah edilmişdir. Digər iştirakçı ölkələrin nümayəndələri tərəfindən də əqli mülkiyyət sahəsində yeniliklər, xüsusilə coğrafi göstəricilərin qorunması və istifadəsi ilə bağlı milli təcrübələr təqdim olunmuşdur.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev çıxışında ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən institusional islahatlar, rəqəmsallaşma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. O, həmçinin əqli mülkiyyət hüquqlarının qorunması, o cümlədən saxta məhsullarla mübarizə sahəsində görülən tədbirlər, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq və aparılan maarifləndirmə fəaliyyətlərinin əhəmiyyətini vurğulamışdır.

Seminar zamanı həmçinin hüquqların tükənməsi prinsipləri (milli, regional və beynəlxalq tükənmə), paralel idxal, eləcə də gömrük orqanlarının səlahiyyətləri və risk əsaslı yanaşma ilə hüquq pozuntularının aşkar edilməsi kimi aktual mövzular müzakirə edilmişdir.

Tədbirin sonunda ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin və CLDP-nin nümayəndələri ilə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı Agentliyin nümayəndələri seminarın əhəmiyyətini vurğulayaraq, təqdim olunan mövzuların əqli mülkiyyət hüquqlarının qorunması və tətbiqi sahəsində bilik və təcrübənin artırılmasına mühüm töhfə verdiyini vurğulamışlar. ABŞ nümayəndələri tərəfindən coğrafi göstəricilərin qorunması, bu sahədə ABŞ təcrübəsi və qorunma mexanizmləri, eləcə də müvafiq hüquqi çərçivə barədə əlavə məlumatların paylaşılmasına, həmçinin əmtəə nişanları sahəsində təlim və müzakirələrin davam etdirilməsinə hazır olduqları bildirilmişdir.

Görüşdə Agentliyin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Nərgiz Hacıyeva iştirak etmişlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
xalqqazeti.az

2Sources