EN

Amnistiya aktının icrası davam etdirilir

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən il dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktının Naxçıvan Muxtar Respublikasında icrası davam etdirilir.

Hafta.az xəbər verir ki, bu günədək Naxçıvanda yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində amnistiya aktı 140 nəfərə şamil olunub.

Onlardan 62-si azad edilib, 78-nin cəzası 6 ay azaldılıb.

İcra və probasiya sahəsində isə 165 nəfər amnistiya aktından yararlanıb. Həmin şəxslərin 11-i qadındır.

Chosen
20
3
hafta.az

10Sources