Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 915,5 manat təşkil edib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu göstərici dövlət sektorunda 1 807,8 manat, özəl sektorda isə 1 982,3 manat olub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 1 %, o cümlədən dövlət sektorunda 15,3 % artıb, özəl sektorda isə 7,5 % azalıb.
2026-cı il mart ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 33,5 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,6 % azdır.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.