EN

“Qeyri hökumət təşkilatları xalqın səsi, mərhəmətin təşkili və ictimai vicdanın təmsilçisidir”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Qeyri-hökumət təşkilatları — xalqın səsi, mərhəmətin təşkili və ictimai vicdanın təmsilçisidir”Bunu QHT üzrə ekspert Emil Seyidəliyev Demokrat.az saytına müsahibəsində deyib.Azərbaycanda qeyri-hökumət təşkilatlarının formalaşma prosesi nə zaman və hansı zərurətdən başlayıb?Azərbaycanda QHT-lərin yaranması ölkənin müstəqilliyini bərpa etdiyi 1990-cı illərin əvvəllərinə təsadüf edir. Bu proses yalnız hüquqi və inzibati dəyişikliklərlə məhdudlaşmırdı. Bu, tarix səhnəsinə yenidən qayıdan bir millətin öz ictimai nəfəsini formalaşdırmaq, özünü ifadə etmək və sosial məsuliyyət yükünü bölüşmək cəhdi idi. Dövlət quruculuğunun ilk mərhələsində ölkə Qarabağ müharibəsi, iqtisadi tənəzzül, sosial çətinliklər və qaçqın və məcburi köçkün axını kimi ciddi sınaqlarla üz-üzə qalmışdı. Bu mürəkkəb şəraitdə cəmiyyətin daxilindən doğan təşəbbüslər meydana çıxdı və qeyri-hökumət təşkilatları məhz bu ehtiyacların cavabı olaraq formalaşdı.Qeyri-hökumət təşkilatlarının əsas funksiyası nədən ibarətdir? Onlar hansı rolu oynayır?QHT-lər heç vaxt dövlət qurumlarının alternativi olmayıb. Onlar dövlətin sosial yükünü bölüşən, ictimai təşəbbüsləri sistemləşdirən və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən mühüm institutlardır. Bu qurumlar humanitar yardımın təşkili, insan hüquqlarının müdafiəsi, ictimai maarifləndirmə, sosial layihələrin icrası və könüllülüyün təşviqi kimi geniş sahələri əhatə edir. Eyni zamanda, cəmiyyətlə dövlət arasında körpü rolunu oynayaraq ictimai nəzarətin formalaşmasına və ictimai dialoqun inkişafına töhfə verirlər.Azərbaycanda QHT sektorunun hüquqi əsasları necə formalaşıb?Bu sahədə əsas dönüş nöqtəsi 1998-ci ildə “Qeyri-Hökumət Təşkilatları haqqında” Qanunun qəbul edilməsi oldu. Bu sənəd QHT-lərin fəaliyyətini hüquqi müstəviyə çıxardı və onların sistemli inkişafına zəmin yaratdı. Daha sonra 2007-ci ildə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması dövlətlə və vətəndaş cəmiyyəti institutları arasında institusional dialoqu daha da gücləndirdi, əməkdaşlıq mühitini formalaşdırdı.QHT-lərin fəaliyyətində könüllülük institutunun rolu nə qədər əhəmiyyətlidir?Könüllülük QHT-lərin ruhudur desək, yanılmarıq. Bu sahədə fəaliyyət göstərən insanların böyük əksəriyyəti maddi maraqdan daha çox mənəvi motivasiya ilə hərəkət edir. Könüllülük cəmiyyətdə həmrəyliyi gücləndirir, insanları bir məqsəd ətrafında birləşdirir və sosial məsuliyyət hissini artırır. Xüsusilə gənclərin bu prosesə cəlb olunması gələcək vətəndaş cəmiyyətinin sağlam təməllər üzərində qurulmasına xidmət edir.Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə fəaliyyəti haqqında nə demək olar?Azərbaycan QHT-ləri zamanla yalnız ölkədaxili fəaliyyətlə kifayətlənməyərək beynəlxalq platformalarda da fəal iştirak etməyə başlayıblar. Onlar BMT, Avropa Şurası, ATƏT kimi nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq edir, müxtəlif layihələr və təşəbbüslər çərçivəsində təcrübə mübadiləsi aparırlar. Bu əməkdaşlıq həm ölkə daxilindəki fəaliyyətin keyfiyyətinə müsbət təsir göstərir, həm də Azərbaycanın vətəndaş cəmiyyətinin beynəlxalq aləmdə tanınmasına şərait yaradır.Bu sahənin qarşılaşdığı əsas çağırışlar nələrdir?Əsas çağırışlardan biri maliyyə dayanıqlığının təmin olunması və resursların balanslı bölüşdürülməsidir. Bununla yanaşı, regionlarda fəaliyyət göstərən QHT-lərin institusional potensialının gücləndirilməsi, onların peşəkar kadrlarla təmin olunması, gənclərin bu sahəyə daha fəal cəlb edilməsi və müasir texnologiyalardan istifadə bacarıqlarının artırılması da aktual məsələlər sırasındadır.QHT-lərin cəmiyyətin inkişafında uzunmüddətli təsiri necə qiymətləndirilə bilər?QHT-lər qısa müddətli layihələrlə yanaşı, uzunmüddətli sosial dəyişikliklərin əsas aparıcı qüvvələrindən biridir. Onlar cəmiyyətdə hüquqi şüurun formalaşmasına, sosial ədalət prinsiplərinin möhkəmlənməsinə, vətəndaş fəallığının artmasına və ictimai məsuliyyət hissinin güclənməsinə təsir göstərir. Bu təsir bəzən dərhal görünməsə də, zamanla daha sağlam və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edir.QHT-lər cəmiyyətə hansı dəyərləri qazandırır?QHT-lər Azərbaycanın gələcəyinə inamın daşıyıcılarıdır. Onlar vətəndaş təşəbbüsünün, ictimai həmrəyliyin və mənəvi məsuliyyətin təcəssümüdür. Hər bir təşkilat bir fərdin “mən fərq yaratmaq istəyirəm” düşüncəsindən doğur və zamanla ümumi ictimai gücə çevrilir. Əgər bir ölkənin ordusu onun fiziki təhlükəsizliyini təmin edirsə, vətəndaş cəmiyyəti institutları isə həmin cəmiyyətin mənəvi dayanıqlığını, daxili harmoniyasını və sosial tarazlığını qoruyur.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
demokrat.az

2Sources