EN

“Məhkəmə sistemi xalqdan qopub” - Paşinyan yeni Konstitusiyadan DANIŞDI

Ermənistandə məhkəmə sisteminin əsas hakimiyyət mənbəyi olan xalqla üzvi əlaqəsi yoxdur və bu məsələ yeni Konstitusiyanın qəbulu ilə həll edilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Aİ–Ermənistan Vətəndaş Cəmiyyəti Platformasının 8-ci iclasında bildirib.

O qeyd edib ki, müxtəlif qruplar ədaləti fərqli şəkildə qəbul edirlər və vəkillər, siyasətçilər, biznes nümayəndələri və vətəndaşlar bu anlayışı ayrı cür dərk edirlər. Onun sözlərinə görə, məhkəmə proseslərində adətən iki tərəf olur və əsas məqsəd hər iki tərəfin nəticəni ədalətli kimi qəbul etməsidir.

Paşinyan bildirib: “Bu məsələni araşdırarkən belə bir nəticəyə gəldim ki, əsas problem qurumların və proseslərin üzvi təbiətindədir”.

O əlavə edib ki, hazırkı vəziyyətdə məhkəmə sistemi cəmiyyətdən təcrid olunduğu üçün ədalət hissini formalaşdırmaq çətinləşir və sistem daha çox hesabatlılıqdan uzaq qurumlar tərəfindən idarə olunur.

Aminə ŞAHSUVARQIZI

Chosen
29
1
redaktor.az

2Sources