EN

Sumqayıtda qəbiristanlıqda meyiti tapılan oğlan 5 medalla təltif edilibmiş - FOTOLAR

Sumqayıt şəhərindəki qəbiristanlıqda meyiti tapılan 28 yaşlı Ülvü Əlisəfa oğlu Xasayzadənin həm veteran, həm də tələbə olduğu məlum olub.
 
Moderator.az xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Qiyabi və Əlavə Təhsil Mərkəzinin “Sosial iş” ixtisası üzrə 3-cü kursunda təhsil alırmış.
 
Ü. Xasayzadə Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, ölkə başçısının sərəncamları ilə 5 medalla təltif olunub.
 
Qeyd edək ki, Ülvü ailənin yeganə övladı olub. Sabah – aprelin 16-da onun 28 yaşı tamam olacaqdı. Ölüm səbəbi hələlik məlum deyil.
 
Məlumat üçün bildirək ki, mərhum Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşayırmış.
 
Faktla bağlı araşdırma aparılır. /Musavat.com/
Chosen
2
2
moderator.az

3Sources