EN

CNN: ABŞ Konqresində qalmaqal – iki deputat mandatını təhvil verdi

ABŞ Konqresində reputasiya qalmaqalları səbəbindən iki deputat istefa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasının üzvləri – demokrat Erik Svolvell və respublikaçı Toni Qonsales rəsmi prosedurla Konqresdən çıxarılmamaq üçün mandatlarını könüllü şəkildə təhvil veriblər.

Bildirilir ki, hər iki siyasətçi barəsində ittihamlar irəli sürüldükdən sonra onların Konqresdən çıxarılması üçün prosedur başlatmaq planlaşdırılıb. İki qadın konqres üzvü bu istiqamətdə paralel addımlar ataraq, hər iki deputata ultimatum verib – ya istefa, ya da rəsmi çıxarılma proseduru.

Qeyd olunur ki, Konqres tarixində deputatların rəsmi şəkildə çıxarılması nadir hallarda baş verib və bu günədək cəmi altı belə hal qeydə alınıb.

Məlumata görə, Erik Svolvell bir qadın əməkdaşla bağlı qalmaqal səbəbindən ittiham olunub. İddialara görə, o, spirtli içki qəbul edilən məclisdən sonra həmin qadınla razılıq şübhələri olan münasibətdə olub. Həmçinin bir neçə qadın onun tərəfindən uyğun olmayan açıq fotolar göndərildiyini iddia edib.

Digər tərəfdən, Toni Qonsales etik komitənin araşdırmasına cəlb olunub. O, əməkdaşı ilə münasibət və daha sonra həmin şəxsin intiharı ilə bağlı qalmaqal fonunda ittiham olunur. Bundan əlavə, onun keçmiş kampaniya əməkdaşına açıq məzmunlu mesajlar göndərdiyi də iddia edilir.

Artıq Kaliforniyanın 14-cü dairəsi üzrə boşalan yer üçün xüsusi seçkilər 16 iyul tarixinə təyin olunub.

Bununla yanaşı, daha iki konqres üzvünün – Şeila Çerfilus-Makkormik və Kori Millsin də müxtəlif maliyyə və etik pozuntular səbəbindən Konqresdən çıxarılması məsələsi müzakirə olunur.

Musavat.com

Chosen
31
2
musavat.com

3Sources