EN

Britaniya Ukraynaya 120 min dron tədarük edəcək

Böyük Britaniya 2026-cı ildə Ukraynaya 120.000 pilotsuz uçuş aparatı tədarük edəcək.

Ucnoqta.az bildirir ki, bu, Böyük Britaniya hökumətinin yaydığı açıqlamada açıqlanıb.

Rəsmi London qeyd edib ki, yeni dronların tədarükünə aprel ayında başlanılıb.

Böyük Britaniya hökuməti vurğulayıb ki, bu silahların Böyük Britaniyada yerləşən "Tekever", "Windracers və Malloy Aeronautics" müəssisələrində istehsalı yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

PUA istehsalının dəyəri bu ilki Ukrayna üçün 3 milyard funt sterlinq (4 milyard dollar) dəyərində yardım paketinə daxildir.

Chosen
33
ucnoqta.az

1Sources