EN

Politoloq: İsrail Livan danışıqları tarixi əhəmiyyət daşıyır, amma nəticə çətin görünür

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən görüş 1993-cü ildən bəri ilk belə təmas kimi qiymətləndirilir.

Görüş ABŞ Dövlət Departamentinin qərargahında baş tutub və tarixi əhəmiyyət kəsb edir.

Danışıqlarda ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter və digər rəsmi şəxslər iştirak ediblər.

Gununsesi.info-ya danışan politoloq Turan Rzayevin fikrincə, görüş vacib olsa da, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

O qeyd edir ki, İsrailin Livanda Hizbullaha qarşı əməliyyatları fonunda mülki itkilərin artması vəziyyəti daha da mürəkkəbləşdirir.

ABŞ tərəfi prosesi “Hizbullahın fəaliyyətlərinə zəruri cavab” kimi təqdim edir və vurğulayır ki, İsrail rəsmi olaraq Livanla deyil, məhz bu silahlı qruplaşma ilə qarşıdurmadadır.

Rzayev də bu yanaşmanı qismən doğru sayır: “Livan dövlət olaraq İsrail üçün əsas təhdid deyil, lakin Hizbullah ‘dövlət içində dövlət’ kimi çıxış edir”.

Ekspertin sözlərinə görə, İsrailin əsas məqsədi Hizbullahın tam tərksilahıdır. Bu məqsədlə Təl-Əviv Livanı üç təhlükəsizlik zonasına bölməyi nəzərdə tutan plan irəli sürür. Lakin rəsmi Beyrut bu prosesi uzunmüddətli və mərhələli hesab edir və dərhal nəticələrin mümkün olmadığını bildirir.

O hesab edir ki, Livan hökuməti daxili zəiflik və Hizbullahın güclü sosial-siyasi təsiri səbəbindən tərksilah prosesini təkbaşına həyata keçirməkdə çətinlik çəkir.

Politoloqun qənaətinə görə, danışıqlar müsbət addım olsa da, real razılaşmanın əldə olunması çətin olacaq:

“Hizbullahın tərksilahı olmadan Livanda sabitlik mümkün deyil. Bu baş verməzsə, İsrailin hərbi əməliyyatları davam edə və regionda gərginlik daha da arta bilər”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
icma.az

1Sources