EN

“10 ildə oxucu etimadı qazanan media orqanına çevrilib” FADİL PAŞAYEV

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gununsesi.info saytının 10 illik yubileyi onu göstərir bu dövr ərzində göstərdiyiniz peşəkarlıq, operativlik və obyektivlik sayəsində informasiya portalı oxucuların etimadını qazanaraq informasiya məkanında özünəməxsus yer tutub.

Saytın rəhbəri Pərviz Həşimli ölkədə kifayət qədər tanınmış jurnalistdir. O çox dürüst, vicdanlı və peşəkar həmkar kimi çox hörmətə layiqdir.

Çünki cəmiyyətin aktual məsələlərinin işıqlandırılmasında, ictimai fikrin formalaşmasında və doğru məlumatın çatdırılmasında onun əməyi göz qabağındadır. Kollektivin də əməyi yüksək qiymətə layiqdir.

Əminəm ki, sayt gələcək fəaliyyətində də eyni əzmkarlıqla çalışaraq daha böyük uğurlara imza atacaq, oxuculara hər zaman dəqiq və dolğun məlumat təqdim edəcək. 

Bu əlamətdar gün münasibətilə saytın kollektivinə möhkəm can sağlığı, yaradıcı uğurlar və yeni nailiyyətlər arzulayıram!

Əməkdar jurnalist

KONKRET.az saytının baş redaktoru

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
icma.az

1Sources