EN

Amnistiya aktının icrası başa çatıb? - RƏSMİ CAVAB

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən tətbiq edilir.

Amnistiya ötən müddətdə prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18.203 şəxs barəsində tətbiq olunub.

Qeyd edək ki, həmin qərarda nəzərdə tutulan orqanlar bu qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Maraqlıdır, hazırda amnistiya aktının icrası yekunlaşıb? 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, amnistiya aktının tətbiqi yaxın günlərdə yekunlaşacaq və proses başa çatdıqdan sonra son statistika ictimaiyyətə təqdim ediləcək. 

Chosen
6
1
cebheinfo.az

2Sources