EN

Netanyahunun gizli fiquru İsraili qarışdırdı Heyrətamiz Türkiyə detalı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“MOSSAD” kəşfiyyat xidmətinin yeni direktoru Roman Qofmanla bağlı sensasion detal ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Belə ki, Qofman 2019-cu ildə yazdığı magistr dissertasiyasında İranın nüvə proqramını balanslaşdırmaq üçün radikal plan irəli sürüb:

“O, İsrailin regional müttəfiqlərini gücləndirmək məqsədilə Türkiyə, Misir və Səudiyyə Ərəbistanına nüvə başlıqları satmasını təklif edib”.

Digər tərəfdən, R.Qofmanın təyinat qərarı İsraildə böyük bir ajiotaj yaradıb.

Keçmiş “MOSSAD” rəsmiləri və Ali Məhkəmə nümayəndələri qərara sərt reaksiya verərək Qofmanın heç bir kəşfiyyat təcrübəsi olmadığını bildiriblər.

Məlumata görə, əslən Belarusdan olan və rus dilində danışan Qofman, Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə gizli diplomatiyasında əsas fiqurlardan biri olub.

O, Rusiyaya çoxsaylı gözlənilməz səfərləri təşkil edib və Suriya ilə bağlı məxfi danışıqlarda mərkəzi rol oynayaraq Netanyahunun “etibarlı adamı” titulunu qazanıb.

Xatırladaq ki, Roman Qofman 2026-cı ilin iyununda beş illik səlahiyyət müddəti başa çatan Devid Barneanı əvəz edəcək. O, vəzifənin icrasına iyunun 2-də başlayacaq.

Qeyd edək ki, Qofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə mühacirət edib. 1995-ci ildə zirehli qoşunlara çağırılıb, daha sonra zabit hazırlığını başa vuraraq diviziya səviyyəsinə qədər müxtəlif hərbi birləşmələrə komandanlıq edib.

2022-ci ildə Milli Quru Qoşunları Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin may ayında isə Baş nazirin hərbi katibi vəzifəsinə təyin olunub.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
globalinfo.az

1Sources