EN

ABŞ 40 günə yaxın davam edən müharibədə gördü ki, İranı çökdürə bilmir

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdə baş verən gərginlik fonunda beynəlxalq siyasi ritorika daha da ziddiyyətli və dəyişkən xarakter alıb. Xüsusilə ABŞ Prezidenti Donald Trampın son açıqlamaları regionda davam edən müharibənin taleyi ilə bağlı müxtəlif suallar doğurur. Onun tez-tez bir-birini təkzib edən bəyanatları həm ekspertlər, həm də beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaradır.

Son olaraq İranla müharibənin bitmək üzrə olduğunu iddia edən Trampın bu açıqlaması isə reallıqla nə dərəcədə uzlaşdığı sualını daha da aktuallaşdırır.

Mövzu ilə bağlı Redaktor.az-a amıqlamasında siyasi şərhçi Şakir Ağayev vurğuladı ki, artıq Donald Tramp elə bir siyasətçidir ki, onun nə dediyini və ya nə etdiyini dərk etmək çox çətindir:

"Tramp nəsə deyir, sonra başqa bir iş görür, nəsə edir, sonra başqa formada ifadə edir. Ona görə də bəlkə də son dövrlərin yeganə siyasətçisidir ki, bu şəxsin dediklərinə və əməllərinə siyasi proqnoz vermək çox çətin məsələdir. Trampın dediklərini analiz etmək də kifayət qədər ağırdır. Amma mən düşünürəm ki, bu müharibənin isti fazası hələlik dayanıb. Çünki ABŞ artıq 40 günə yaxın davam edən müharibədə gördü ki, bu vasitələrlə İranı özünə tabe edə bilmir, onu çökdürə bilmir. İran böyük müqavimət göstərir. Bu vəziyyət bütün dünyanı ciddi iqtisadi böhrana və enerji böhranına aparır. ABŞ-nin özündə də ciddi problemlər yaşanır. Ona görə də isti faza hələlik bitib, indi Tramp İrana başqa formada təzyiq göstərir. Məsələn, Hörmüz boğazını blokadaya almaq fikri ilə və digər hədə-qorxularla çıxış edir. Bununla danışıq prosesini hələlik davam etdirmək istəyir. Tramp özü də yaxşı anlayır ki, ABŞ-nin 1979-cu ildən bu yana düşmən münasibətdə olduğu bir dövlətlə bir günə, üç günə, beş günə, hətta bir aya razılığa gəlmək və müqavilə bağlamaq qeyri-mümkündür. Sadəcə olaraq Tramp göstərmək istəyir ki, hərbi sahədə məqsədlərinə çatıb və indi diplomatik müstəvidə İrandan istədiyini almağa çalışır".

Müsahibimiz xatırlatdı ki, keçən il 12 günlük müharibə zamanı Tramp demişdi ki, İranın bütün nüvə sistemini, zənginləşdirilmiş uran ehtiyatlarını tamamilə məhv edib və onların bərpası mümkün deyil:

"İndi isə danışıqlarda əsas şərtlərdən biri məhz zənginləşdirilmiş uran məsələsidir. Əgər bu sistem dağıdılıbsa, onun yenidən müzakirə olunmasına ehtiyac qalmazdı, əgər dağıdılmayıbsa, o zaman əvvəlki bəyanatların verilməsi sual doğurur. Eyni zamanda Tramp müharibənin ilk günlərində dəfələrlə bəyan edirdi ki, İranın bütün hərbi donanması, raket sistemləri və digər imkanları məhv edilib. Lakin sonradan İranın yeni raketlərdən istifadə etdiyi müşahidə olundu. Tramp bunu anlayaraq prosesi hələlik danışıqlar müstəvisinə keçirməyə üstünlük verir. Bu yanaşma həm dünyada, həm də ABŞ daxilində ona qarşı artan narazılığı azaltmağa hesablanıb. Ən azı qarşıdan gələn noyabr seçkiləri kontekstində bu prosesin uzadılması ehtimal olunur. Həmin seçkilərdə Respublikaçılar Partiyasının ciddi itkilərlə üzləşmək riski var. Tramp çalışır ki, proses bu formada davam etsin və ən azı həmin seçkilərdə tam məğlubiyyətə uğramasınlar. Mənim fikrimcə, proses hələlik bu istiqamətdə davam edəcək. Bununla yanaşı, hər an müharibənin yenidən isti fazaya keçməsi ehtimalını da istisna etmirəm".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
50
redaktor.az

10Sources