Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur.
Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O deyib ki, dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir: “Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may–iyun aylarında da qeydə alınır”.
Gülşad Məmmədova qeyd edib ki, aprelin 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Bölgələrdə də hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, 16-sı gündüz bəzi yerlərdə havanın qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq”.
Qeyd edək ki, ötən gün Bakıya dolu yağıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.