AZ

Bu gün Bakıya dolu yağacaq? - AÇIQLAMA

Dolu qısa müddətli, lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir.

Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir

"Abşeron yarımadasında isə dolu prosesləri nadir hallarda baş verir və adətən qısamüddətli olur. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur. Bəzi illərdə bu proses may-iyun aylarında da qeydə alınır".

G.Məmmədova qeyd edib ki, Aprelin 16-sı və 17-də Bakı şəhərində və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntıların olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının bəzi ərazilərinə güclü dolu yağıb.

Seçilən
14
9
musavat.com

10Mənbələr